Natiq Bəkmirzəyev: “Dağlı kəndi ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilmişdir”
“Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Dağlı kəndi ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilmişdir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədr qeyd
edib ki, aparılan işlər çərçivəsində sözügedən küçəyə çınqıl tökülmüş, bununla
da yolun hərəkət üçün daha əlverişli və təhlükəsiz olması təmin edilmişdir.
Görülən tədbirlər
kənd sakinlərinin rahat gediş-gəlişinin yaxşılaşdırılmasına xidmət edir.
Bələdiyyə bundan sonra da sakinlərin qaldırdığı problemlərin həlli ilə bağlı layihələrin icrasını həyata keçirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy