Bələdiyyə sədri şəhidlərin məzarını ziyarət edib
27 sentyabr – Milli Anım Günü münasibətilə Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov şəhidlərin məzarını ziyarət edib.
O, şəhid məzarları önünə gül dəstələri qoyaraq onların əziz
xatirəsini ehtiramla yad edib. Ziyarətdən sonra keçirilən ağacəkmə aksiyasında
iştirak edən sədr şəhidlərimizin xatirəsinə
əkilən hər bir ağacın onların qəhrəmanlıq rəmzi olduğunu bildirib.
Aksiyada bələdiyyə əməkdaşları və Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi şöbəsinin rəisi və
Ağcabədi rayon İcra hakimiyyəti başçısının Şənlik kənd ərazi nümayəndəsi,
Qarabağ qaziləri və gənclər də iştirak ediblər.
Bu tədbir şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə kimi qiymətləndirilib.
Rəylər
0 Rəy