Dəllər Cəyir bələdiyyəsinin sosial dəstək fəaliyyəti
Dəllər Cəyir bələdiyyəsi tərəfindən az təminatlı ailələrin 20 nəfər məktəbli övladı məktəbli forması ilə təmin edilmişdir. Bu təşəbbüs, kəndlərimizdə sosial ədalətin təmin olunmasına və uşaqların təhsil prosesində bərabər imkanlarla iştirakına yönəlmiş mühüm addımlardan biridir.
Qeyd etmək
lazımdır ki, bu işdə Dəllər Cəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan və Sarıtəpə
kəndlərinin İƏD üzrə nümayəndəlikləri, həmçinin müvafiq məktəb direktorları ilə
birgə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Onların göstərdiyi dəstək sosial məsuliyyətin
bölgəmizdə güclənməsinə xidmət edir.
Eyni
zamanda, adıçəkilən kəndlərdə sakinlərin təşəbbüsü ilə yaradılmış sosial yardım
fondlarının fəaliyyəti də xüsusi vurğulanmalıdır. Həmin fondlar tərəfindən
ümumilikdə 37 nəfər məktəbli məktəbli forması ilə təmin olunmuşdur ki, bu da vətəndaş
həmrəyliyinin bariz nümunəsidir.
Bələdiyyənin
yerli daxilolmaları isə əvvəlcədən nəzərdə tutulduğu kimi, kəndlərin sosial
inkişafına və yardımların həyata keçirilməsinə yönəldilir. Bu yanaşma bir daha
sübut edir ki, yerli resursların düzgün idarə olunması ictimai rifahın
artırılmasına mühüm töhfə verir.
Diqqətinizə
və dəstəyinizə görə minnətdarıq!
Şəmkir
rayonu Dəllər Cəyir bələdiyyəsi
Rəylər
0 Rəy