Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2025 , 11:47

1043

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Dəllər Cəyir bələdiyyəsinin sosial dəstək fəaliyyəti


Dəllər Cəyir bələdiyyəsi tərəfindən az təminatlı ailələrin 20 nəfər məktəbli övladı məktəbli forması ilə təmin edilmişdir. Bu təşəbbüs, kəndlərimizdə sosial ədalətin təmin olunmasına və uşaqların təhsil prosesində bərabər imkanlarla iştirakına yönəlmiş mühüm addımlardan biridir.

Qeyd etmək lazımdır ki, bu işdə Dəllər Cəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan və Sarıtəpə kəndlərinin İƏD üzrə nümayəndəlikləri, həmçinin müvafiq məktəb direktorları ilə birgə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Onların göstərdiyi dəstək sosial məsuliyyətin bölgəmizdə güclənməsinə xidmət edir.

Eyni zamanda, adıçəkilən kəndlərdə sakinlərin təşəbbüsü ilə yaradılmış sosial yardım fondlarının fəaliyyəti də xüsusi vurğulanmalıdır. Həmin fondlar tərəfindən ümumilikdə 37 nəfər məktəbli məktəbli forması ilə təmin olunmuşdur ki, bu da vətəndaş həmrəyliyinin bariz nümunəsidir.

Bələdiyyənin yerli daxilolmaları isə əvvəlcədən nəzərdə tutulduğu kimi, kəndlərin sosial inkişafına və yardımların həyata keçirilməsinə yönəldilir. Bu yanaşma bir daha sübut edir ki, yerli resursların düzgün idarə olunması ictimai rifahın artırılmasına mühüm töhfə verir.

Diqqətinizə və dəstəyinizə görə minnətdarıq!

Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər