Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2025 , 11:34

1039

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Qoy 20 sentyabr xalqımız üçün əbədi qürur və birlik günü kimi xatırlansın!

"Hörmətli həmvətənlər!

20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Sizi ürəkdən təbrik edir, xalqımıza daim sülh, firavanlıq və tərəqqi arzulayırıq.

Bu gün Azərbaycan tarixinin ən əlamətdar səhifələrindən birini xatırladır. Dövlət suverenliyi xalqımızın milli iradəsinin, müstəqillik amalının və azadlıq istəyinin rəmzidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Müstəqillik xalqımızın ən böyük sərvətidir, biz bu sərvəti qorumalı və əbədi etməliyik.”

Məhz həmin müdrik siyasətin nəticəsində Azərbaycan müstəqil, güclü və qüdrətli dövlətə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyimizin tam bərpası təmin olundu. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ardınca 20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Əsgəran və Ağdərə şəhərlərində dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dövləti öz suverenliyini tam təmin etdi, bayrağımız Qarabağın bütün guşələrində dalğalanır.”

Bu qürurverici gün münasibətilə şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə can sağlığı diləyirik. Dövlət suverenliyimizi qorumaq, onu daha da möhkəmləndirmək hər birimizin borcudur. Biz inanırıq ki, xalq-dövlət birliyi sayəsində Azərbaycan daha da inkişaf edəcək, üçrəngli bayrağımız daim ucalarda dalğalanacaq.

Qoy 20 sentyabr xalqımız üçün əbədi qürur və birlik günü kimi xatırlansın!

Hörmətlə,

İsmayıl Rəsulov

Ağcabədi Bələdiyyəsinin sədri"


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər