Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2025 , 13:17

1671

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Bələdiyyə olaraq sosial qayğıya ehtiyacı olan ailələrə bizdə öz dəstəyimizi göstərməyi unutmuruq”


“Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi daha bir aksiyaya imza atıb”- bu barədə Belediyye.infoya  bələdiyyənin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki,  bələdiyyənin inzibati binasında keçirilən görüşdə Nohurqışlaq bələdiyyəsinin ərazisinə aid kəndlərdə olan 14 aztəminatlı ailənin övladlarına məktəbli geyimi, bel çantaları və tam şəkildə  məktəb ləvazimatları təqdim edilib.

Görüşdə çıxış edən Nöhurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva ölkəmizdə bütün uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu, onların sağlam böyümələri, təhsili, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Bələdiyyə olaraq sosial qayğıya ehtiyacı olan ailələrə bizdə öz dəstəyimizi göstərməyi unutmuruq.

Görüşdə sosial qayğıya ehtiyacı olan ailələr onlara göstərilən diqqətə görə minnətdarlıqlarını  bildiriblər. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər