Günel Ağayeva: “Bələdiyyə olaraq sosial qayğıya ehtiyacı olan ailələrə bizdə öz dəstəyimizi göstərməyi unutmuruq”
“Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi daha bir aksiyaya imza atıb”- bu barədə Belediyye.infoya bələdiyyənin sədri Günel Ağayeva deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin inzibati
binasında keçirilən görüşdə Nohurqışlaq bələdiyyəsinin ərazisinə aid kəndlərdə
olan 14 aztəminatlı ailənin övladlarına məktəbli geyimi, bel çantaları və tam şəkildə məktəb ləvazimatları təqdim edilib.
Görüşdə çıxış edən Nöhurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva ölkəmizdə bütün uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu, onların sağlam böyümələri, təhsili, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Bələdiyyə
olaraq sosial qayğıya ehtiyacı olan ailələrə bizdə öz dəstəyimizi göstərməyi
unutmuruq.
Görüşdə sosial qayğıya ehtiyacı olan ailələr onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy