Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2025 , 00:13

1220

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Telman Ağabəyov: “Salyan bələdiyyəsi cari ilin sonunadək  daha 100 min manatı əldə etməyi planlaşdırıb”

“Hazırda Salyan bələdiyyəsi sakinlərin sosial-rifah halının yaxşılaşması üçün bir sıra layihələrin icrasını nəzərdən keçirir. Lakin bu layihələrin icrası maliyyə vəsaiti tələb etdiyindən bələdiyyənin vergi xidməti sürətli şəkildə  vergi-uçot sisteminin təkmilləşdirilməsi işini  başa çatdırmalı olub”- bu fikirləri Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki cari ilin səkkiz ayı ərzində  büdcə gəlirlərində 35.2 faizlik artım müşahidə olunub.

Sədr bu artımın bir səbəbi kimi həm də BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq edilən yeniliklərin olduğunu qeyd edib.

Sədr daha sonra qeyd edib ki,  2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 67.307  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 103.943 manata bərabər olub.

2024-cü ildə bələdiyyə büdcəsinə 6.238 manatlıq torpaq vergisi, 15.625 manatlıq əmlak vergisi,  7.201 manatlıq icarə haqqı, 38.243 manatlıq əmlakın özgəninkiləşdirilməsindən maliyyə daxil olduğu halda, 2025-ci ildə 5.377 manatlıq topraq vergisi, 18.842 manatlıq əmlak vergisi, 2.429 manatlıq  icarə haqqı, 77.298 manat isə əmlakın özgəninkiləşdirilməsindən  daxil olub.

Səkkiz ay ərzində bələdiyyənin büdcə gəlirlərində 35.2 faiz artım müşahidə olunub. Ancaq torpaq   vergisinin həcmində azalma olsa da, əmlak vergisinin həcmində 17.1 faizlik  artım müşahidə olunub.

Salyan bələdiyyəsinin cari ilin sonunadək  daha 100 min manatı əldə etməyi planlaşdırıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər