Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2025 , 00:33

1644

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu rayon icra hakimiyyətində yeddi şöbə müdirindən üçünün yeri boşdur?

Xızı RİH-in internet resursuna inansaq aparatın strukturunda texniki heyətlə birgə (sürücü və xadimə) icra başçısı  37 nəfərlik kollektivlə çalışmalıdır.

Ancaq bu gün Xızı RİH-də bir müavin (RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri), üç şöbə müdiri (Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq və Memarlıq və tikinti şöbəsi) vəzifəsi resursda vakant göstərilib.

Ən maraqlı məqam ondadır ki, yeddi şöbədən üçünün müdiri vakant göstərilməklə yanaşı, həm də  hüquq, memarlıq və tikinti şöbələrindəki digər vəzifələrdə boş göstərilib.

Beləliklə, RİH-də ümumi vakant iş yerlərin sayı  altıya çatır.

Nəhayət, ən düşündürücü məqam: yəqin ki, bu cür vəziyyətdə çalışmaq icra başçısı üçündə çətindir. Belə olan halda icra hakimiyyətində idarəetmə üçün vacib olan dörd əsas vəzifəni vakant saxlamaqda məqsəd nədir?

Düşünmək olar ki, qaldırdığımız suala tezliklə Xızı RİH-dən cavab verilər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
968

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
981

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
920

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1261