Hərəkətlilik hiss olunsa da, ortada ciddi problemlər qalmaqdadır: YENƏ QARADAĞ BƏLƏDİYYƏLƏRİ HAQQINDA
Son günlər Qaradağ bələdiyyələrinin, xüsusəndə Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad bələdiyyələrinin fəaliyyətsizliyi ilə bağlı ard-arda yazılar paylaşıram. Məqsəd aydındır. Onları hərəkətə gətirmək və vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı olmaqdır.
Beləliklə, ötən müddət ərzində yalnız Ələt bələdiyyəsinin
xanım sədrinin reaksiya verməsi sadəcə təəsüf doğurur. Telefon söhbətində Ələt
bələdiyyəsinin sədri yeni seçildiyini və bələdiyyədə əvvəlki illərdə formalaşmış
ənənəni qoruyub saxlamağa çalışdığını, ötən ilyarım müddətində isə yeni işinə
adaptasiya olması üçün var qüvvə ilə çalışdığını dedi.
Ələt bələdiyyəsinin əvvəlki sədrinin həm də rayon əlaqələndirmə
şurasının sədri olduğunu, bələdiyyənin inzibati bina məsələsini həll etməyi
bacardığını bilirəm. Sadəcə xanım sədrə tövsiyəm odur ki, bələdiyyənin fəaliyyəti
təbliğ olunsun. Bələdiyyənin fəaliyyəti tək qəsəbədə deyil, həm də ətrafda hiss
olunmalıdır.
Qızıldaş, Lökbatan, Səngəçal və Müşfiqabad bələdiyyələrinin
rəsmilərinin bu günədək yazılanlara reaksiya verməmələri isə təəsüf doğurur. Səngəçal
bələdiyyəsində fəaliyyətin iflic vəziyyətdə olması göz önündədir. Müvəqqəti seçilmiş
müavin əvvəlki illərdən yığılmış “yükün” altına girmək istəmir. Sədr müavininin
bu addımında da yəqin ki, bir həqiqət payı var. Lakin bu məsələni özbaşına
buraxmaq olmaz. Qaradağ RİH rəsmilərinin də kənardan müşahidəçi rolunda çıxış
etməsi qəbul edilən deyil. Belə məqamda RİH rəsmiləri öz tövsiyələrini verməyə
bilavasitə borcludurlar. Kənarda müşahidə edib vəziyyətin daha ağır şəkil
almasını gözləmək isə heç bir məntiqə sığmır, konkret.
Müşfiqabad bələdiyyəsinin də DSMF borcunun olması,
sanki meydanda tək qalması anlamına gəlməsi, hələ yerində saymaq demək deyil.
Yazılanlara reaksiya vermək, yaranmış vəziyyətə aydınlıq gətirmək bütün
hallarda mümkündür və zəruridir. Bəs belə olan halda niyə susqunluq nümayiş
etdiririk? Təəcüblüdür.
Qızıldaş və Lokbatan bələdiyyələrindəki yaranmış vəziyyət
isə “ekrana sığmır” . Yazıları oxuyub, hətta aralarında müzakirə edir, amma
reaksiya verib nəyin düz, nəyin səhv olduğunu etiraf etməyi bacarmırlar.
Ancaq biz hər iki bələdiyyənin vergi xidmətinin hansı
forma və məzmunda çalışması haqqında bilgilərimiz var. Hazırda bu bilgilər dəqiqləşdirilir. Qeyd
edim ki, çox ciddi məqamlardır. İndidən belə nəticəyə gəlmək olar ki, işə bu
cür “nəfslə” yanaşmağın sonu pis qurtara bilər. Odur ki, tövsiyə edirəm baxış
bucağını dəyişin, cənablar.
Bələdiyyənin traktorunun rayonun bütün yerlərində söküntüyə
cəlb edilməsi, verilən tapşırığın hətta RİH rəsmiləri tərəfindən yoxlanılması
açığı məndə çoxsaylı suallar yaradır. Nə isə...
Ötən dəfə verdiyim sualı Lokbatan bələdiyyəsinin sədrinə
yenə ünvanlayıram:
- Bələdiyyənin balansında olan traktorun istifadəsindən cari ilin birinci yarısında bələdiyyə büdcəsinə
nə qədər vəsait daxil olub, bununla yanaşı onun saxlanılmasına bu müddət ərzində
nə qədər vəsait xərclənib?
Bu məlumatı
bəlkə açıqlayasınız. Mən irivergi ödəyicilərinə olan münasibətə hələ
toxunmuram. Onsuz da müvafiq proqramda atılan hər bir addım yaddaşdadır. Onu isə
ortalığa çıxarmaq elə də çətin iş deyil. Nə isə...
Cənablar, gəlin fəaliyyətimizə yenidən baxaq, vətəndaş
məmnunluğunun təmin edilməsinə diqqət yetirək. Vətəndaş həm də sizin
seçicinizdir. Onlara hesabat vermək isə hər bir bələdiyyənin borcudur. Nə isə...
Vüqar Tofiqli
Rəylər
0 Rəy