Əlibaba Hüseynov: “Yardımlı rayonunda formalaşan hər bir bələdiyyə maddı-mədəni irs nümunələrinin qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalıdır”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Yardımlı bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə Yardımlı rayon bələdiyyələrinin əlaqələndirmə şurasının və Vərdəgüz bələdiyyəsinin sədri Əlibaba Hüseynov, Yardımlı bələdiyyəsinin sədri Mehman Adiyev, Porsova bələdiyyəsinin sədri Əfsər İmanov və bir sıra bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.
İctimai birliyin sədri Vüqar Cəfərov görüş iştirakçılarına layihənin icrası, məqsədi
və vəzifələri barədə ətraflı məlumat
verib. Vüqar Cəfərov çıxışında Yardımlı rayonunun maddı-mədəni irs abidələrinin
öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən
məsuliyyət yükünün düşdüyünü qeyd edib. Ancaq bu vəzifələrin icrası zamanı
Türkiyə və digər ölkələrin təcrübəsinin öyrənilməsini daha məqsədəuyğun hesab
edib.
Görüşdə Vüqar Cəfərov Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin
çətin maliyyə durumunda olduğunu, bir çox problemlərlə üz-üzə qaldığını dilə gətirib.
Birlik sədri qeyd edib ki, bu gün Yardımlı bələdiyyələrinin əvvəl ki illərdə
yığıllıb qalmış kifayət qədər DSMF borcunun olması bələdiyyələrin daha geniş fəaliyyətinə
imkan verməməsi təəssüf doğurur.
Görüşdə Yardımlı rayon bələdiyyələrinin əlaqələndirmə
şurasının və Vərdəgüz bələdiyyəsinin sədri Əlibaba Hüseynov mövzunun aktual olduğunu
birdirməklə yanaşı, Yardımlı rayonunda formalaşan hər bir bələdiyyənin maddı-mədəni
irs nümunələrinin qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalı
olduğunu qeyd edib.
Bələdiyyə sədri Yardımlı rayonunda qədim maddi-mədəni irs
nümunələr ilə zəngin olduğunu nəzərə alaraq cari ildən maliyyə imkanları
daxilində sahənin qorunmasına müəyyən maliyyənin ayrılmasının vacibliyini
vurğulanmışdır.
Yardımlı bələdiyyəsinin sədri Mehman Adiyev müzakirə edilən
mövzunun aktual olduğunu dilə gətirib. Bu gün Yardımlı bələdiyyələrinin əvvəl
ki illərdə yığılıb qalmış DSMF borcunun olması fəaliyyətə ciddi problem
yaratdığını, lakin bələdiyyələrin ruhdan düşmədiyini, borcun bağlanılması üçün
ciddi şəkildə çalışdıqlarını qeyd edib.
Görüşdə Porsova bələdiyyəsinin sədri Əfsər İmanov bələdiyyə ərazisində
XIV əsrə aid edilən və yerli əhəmiyyətli
4471 saylı nömrə il dövlət qedyiyyatında olan türbənin (Abi-Dərdə ziyarətgahın) dövlət mühafizəsində bələdiyyənin də yaxından iştirak etdiyini
bildirib. Sədr qeyd edib ki, maliyyə imkanları çərçivəsində biz türbənin
qorunması, mühafizəsində bundan sonra da öz dəstəyimizi göstərəcəyik.
Sədr qeyd edib ki, özündə qədim tariximizin nümunələri olan maddi-mədəni
irs nümunələrinin olduğu kimi gənc nəslə
çatdırmaslnda hər birimiz öz töhfəmizi verməliyik.
Görüşdə Yardımlı rayonunun tarixindən, inkişaf yolundan,
rayonun qədim abidələrinin funksionallığından danışılıb. Müzakirələrdə mövzu ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti
ilə yaxından tanışlıq keçirilmiş, həmçinin
şəhərdə fəaliyyətdə olan Yardmılı rayon tarix-diyarşünaslıq muzeyi, asma
körpü ziyarət olunmuşdur.
Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə
tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy