16 bələdiyyənin 634 min manat DSMF borcu var: CİDDİ SİQNAL
DSMF borcunun olması bələdiyyələrə ciddi problem yaratmaqdadır: PROBLEMƏ NECƏ ƏNCAM ÇƏKMƏLİ?
Belediyye.infonun əldə etdiyi məlumata görə, Yardımlı rayonunda formalaşan səkkiz
bələdiyyənin DSMF-olan borcu 106.146 manat təşkil edir. Məlumatda qeyd edilir, Vərgədüz bələdiyyəsi 22.022 manat, Porsova bələdiyyəsinin
10.805 manat, Hamarkənd bələdiyyəsinin 13.457 manat, Şəfəqli bələdiyyəsinin 11.515
manat, Ərus bələdiyyəsinin 12.213 manat, Astanlı bələdiyyəsinin 9.772 manat, Çayüzü
bələdiyyəsinin 17.134 manat, Yardımlı şəhər bələdiyyəsinin 19.000 manat təşkil
edir.
Əlavə
edək ki, Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və Slavyanka bələdiyyələri
istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var.
Belediyye.infonun
əldə etdiyi məlumata görə, İvanovka bələdiyyəsinin
59.000 manat, Düzrəsullu bələdiyyəsinin 45.000 manat, Slavanka bələdiyyəsinin 19.200 manat, Misginli bələdiyyəsinin 156.000 manat, Qoşabulaq bələdiyyəsinin
19.000 manat, Söyüdlü bələdiyyəsinin 21.000
manat, Arıqran bələdiyyəsinin 70.000 manat, Qaraməmmədli bələdiyyəsinin 22.400 manat, Qaramurad
bələdiyyəsinin 116.00 manat DSMF -yə
borcu var.
Beləliklə,
Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin 106.146 manat, Gədəbəy rayonunda
formalaşan on bələdiyyədən səkkizinin 527.600 manat DSMF borcu var. Ən az borcu
olanın Yardımlı rayonu, Astanlı bələdiyyəsinin
9.772 manat, ən cox isə Gədəbəy rayonunda formalaşan Misginli bələdiyyəsinin
156.000 manat borcu var.
Bu
borclar 2015-ci ilədək mövcud olmuş borclardır. Və bu borcların 20 faizədək
hissəsi əlavə hesablanmış faizdir.
******
İlkin
olaraq əldə etdiyimiz məlumata görə, bütövlükdə ölkə bələdiyyələrinin
ümumilikdıə DSMF yə olan borcunun həcmi yeddi milyon manatı keçib. Bu rəqəmin
25 faizədək hissəsi əlavə hesablanmış faizlərdir.
Mən hələ Bakı və Abşeron rayonunda formalaşan bələdiyyələrin DSMF borcuna
toxunmuram.
Sözsüz
ki, kifayət qədər olan bu borcun silinməsi
haqqında qeyd etdiyimiz 16 bələdiyyənin
hər biriniə ciddi problem yaşatmaqdadır. Nəzərə alaq ki, borcların bağlanılması
bələdiyyələrin özləri tərəfindən silinməsi sözsüz ki, mümkün olmayacaq. Bu heç
mümkün də deyil. Çünki bu kənd bələdiyyələrinin
bir çoxlarının illik dövrüyyəsi 10 min
manatı keçmir.
Belə
olan halda bu borcun bağlanılması ilə bağlı müvafiq qurumlar tərəfindən ciddi dəstəkləyici
addımlar atılmalıdır.
Təklif
edərdik ki, bunun üçün ilk olaraq faizlərin hesablanmasını dayandırmaq lazımdır.
Və bələdiyyələrə borcun ödənilməsi ilə bağlı hələlik aylıq cari börcun ödənilməsinə
şərait yaradılmalıdır. Mütəmadi olaraq cari
ödənişləri edən bələdiyyələrin bank hesabı açılmalı və fəaliyyəti üçün şərait
yaradılmalıdır. Bütün hallarda bu qədər borcun bağlanılması üçün xüsusi
strateji proqramın hazırlanmasına ehtiyac vardır.
Yeri gəlmişkən əlavə edim ki, ölkədən çıxışa qadağa qoyulması ilə problem öz həllini tapmayacaqdır.
***
Beləliklə,
göründüyü kimi, DSMF borcunun bağlanılması ilə bağlı ciddi addımların atılmasına zəruriət
yaranıb. İndiki halda ləngimək olmaz. Porsesin icrası ləngidikcə bələdiyyələrin
də problemləri artacağını nəzərə almalıyıq.
Belediyye.info
Rəylər
0 Rəy