Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-08-2026 , 08:30

108

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xan şəhərində xanın əlamətlərini niyə  görə bilmədim? CİDDİ

Quba səfəri barədə bəzi məlumatları və gəldiyim qənaəti oxucularımın diqqətinə çatdırmaq istərdim.

Layihə çərçivəsində Quba rayonunda olarkən bir çox tarixi əhəmiyyəti yerli  abidələri bələdiyyə qulluqçusu Həbib müəllimlə birgə ziyarət etdim. Şəhərin özündə olan "Cümə", "Səkinəxanim", "Ərdəbil" məscidlərini, XİX əsrə aid edilən qədim yaşayış binalarını, Tüləkəran  bələdiyyəsinin ərazisində, habelə Alpan və Susay kəndlərində olan bir sıra qədim abidələri, o cümlədən qədim dulusçuluq sənətini yaşadan ailə ilə tanış olub, gördüyü işlərə baxdım. "Cümə" məscidində ziyarətçilərlə maraqlı söhbətim oldu. Əlavə edim ki, "Səkinə xanım" məscidində isə təcili şəkildə  bərpa-konservasiya işləri aparılmasa yaxın gələcəkdə ciddi problemlə üz üzə qala bilərik.

Səfər zamanı vaxt tapıb  Afurca şəlaləsini   də ziyarət etdim.

Şəlalənin ziyarəti mənim üçün çox ağır gəlsə də, bu gözəlliyi görmək özü bir xoşbəxtlik idi.

Etdiyim ziyarətlərdən hansı qənaətə gələ bilərəm:

1)  Biz özündə maddi-mədəni irsimizin daşıyıcısı olan abidələri  layiqincə qoruya bilməmişik. Ümumiyyətlə bu məsələyə çox biganə yanaşırıq. Mədəniyyət nazirliyinin bu istiqamətdə yürütdüyü siyasəti qənaətbəxş hesab etmək olmaz. Konkret...

2) Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə Quba rayonunda 81  yerli əhəmiyyətli abidə qeydiyyata alınıb. Ancaq etiraf edim ki, Quba meydanından üzü Xınalığa doğru hərəkət etdikcə, siyahıya düşməli olan kifayət qədər  abidə var. Bununla bağlı səlahiyyətli qurumların səlahiyyətli işçi qrupu yenidən ərazidə monitorinq aparmaqla siyahıya əlavə edilməli olanların siyahısını tərtib etməli və təsdiq üçün təkliflər paketini müvafiq quruma təqdim etməlidir. Konkret...

3) Bu gün Quba rayonunda siyahıda olub, lakin  əsaslı şəkildə bərpa konservasiya işlərinin aparılmasına ehtiyacı olan onlarca abidə - yaşayış binası və məscid var. Yaxın günlərdə həmin abidələrdə bərpa işləri aparılmasa, hesab edin ki, beş ildən sonra abidələrin sayında ciddi azalma baş verə bilər.

4) Mədəniyyət nazirliyinin müvafiq dövlət xidməti tərəfindən ucqar abidələrdə məlumat lövhəsi vurulsa da, şəhərdə olan onlarca abidəyə hər hansı məlumat lövhəsinin vurulmamasi təəsüf və təəccüb doğurur.

4) Özəl mülkiyyətdə olan abidələrin bir çoxu heç də mülkiyyətçi tərəfindən təmir edilməsi mümkün deyil! Çünki bina sahiblərinin maliyyə imkanları buna imkan vermir.Demək, bu işdə Mədəniyyət nazirliyi qanunlara, normativ- hüquqi sənədlərə düzəlişlərin edilməsi üçün təklifini hazırlamalı, bununla bağlı yaranan suallara özü cavab verməli və prosesin icrasını tam şəkildə imkansız mülkiyyətçinin üzərinə atmamalıdır. Qədim tarixinizə göstərilən bu etinasızlıq bütün hallarda zəngin tarixə sahib olan bir rayona qarşı hörmətsizlik kimi də qəbul edilə bilər. 

Ən təssüfedici fakt odur ki, Xan şəhəri olmuş şəhərdə xanla bağlı bir maddi mədəni irs nümunəsi qalmayıb. Hər halda müvafiq qurumlar məhz bu suala da cavab versələr pis olmaz.

Düşünürəm ki, qədim Qubanın mədəniyyət abidələrini qoruyub mühafizə etməklə şəhərin həm də turizm potensialını kifayət qədər artırmış oluruq. Qoyulan sərmayənin turizmin inkişafı ilə geri qayıdacağına tam əminəm. Gözləyək. Yəqin ki , Mədəniyyət nazirliyi nəhayət hərəkətə keçəcək...

Kaski, biz bu günü görə biləydik. Nə isə...

(Ardı var)

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
580

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
579

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
776

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
603

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
809