Allahverdi Xudaverdiyev: “Maddi-mədəni irsimizin qorunmasına bələdiyyə də öz töhfəsini verməyə çalışır”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Quba bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədri Allahverdi Xudaverdiyev, Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev, Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov, Xınalıq bələdiyyəsinin sədr müavini Vaqif Həsənov, habelə Quba bələdiyyəsinin sədr müavini Nizaməddin Əmrullayev və bələdiyyə qulluqçuları iştirak ediblər.
İctimai
birliyin sədri Vüqar Cəfərov
iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı,
Siyəzən, Şabran və Xaçmaz rayonlarında hər birində iki gün olmaqla davam
edən çoxsaylı görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət
edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd
edib.
Layihə
çərçivəsində Quba şəhərində, Qırmızı qəsəbə, Yenikənd və Möhüc kəndlərində dövlət
qedyiyyatına alınmış bir çox yerli əhəmiyyətli
tarixi-memarlıq abidələrinin ziyarət edildiyini qeyd edən Vüqar Cəfərov Qubanın
zəngin tarixi və mədəni irsə sahib olduğunu qeyd edib. Birlik sədri qeyd edib
ki, hər birimizin məqsədi bu tarixi irsə sahib çıxmaq və onu gələcək nəslə
olduğu kimi çatdırmaq olmalıdır.
Vüqar
Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində
götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə
bölgüsü"ndə Quba rayonunda 81 yerli
əhəmiyyətli tarix və mədəniyyət abidənin qeydə alındığını bildirib.
Bu
gün bu tarixi-memarlıq abidələrinin böyük əksəriyyətinin əsaslı şəkildə bərpa-konservasiyaya
ehtiyacı var. Bir sıra abidələrin özəl mülkiyyətdə olduğundan onun bərpası
mülkiyyət sahiblərinin vəsaiti ilə aparılması qanunla müəyyən edilib. Lakin
müşahidələr göstərir ki, bir sıra mülkiyyət sahiblərinin sahib olduqları tarixi
abidələrin bərpa-konservasiyayasına maliyyə imkanları olmadıqlarından
qeydiyyata alınmış tarixi-memarlıq abidəsi qəzalı vəziyyətə düşüb. Bununla
bağlı müvafiq qurumların hərəkətə keçməyinin artıq vaxtıdır.
Quba bələdiyyəsinin
sədri Allahverdi Xudaverdiyev qeyd edib ki, maddi-mədəni irsimizin qorunmasında
bələdiyyə də öz töhfəsini verməyə çalışır. Tarixi-memarlıq abidələrin mühafizəsi
və qorunması ilə bələdiyyənin vergi xidməti əməkdaşlarını vergi ödəyiciləri ilə
keçirdikləri görüşlərdə daimi bu mövzuya toxunulur və mülkiyyət sahiblərinin bu
məsələyə ciddi yanaşmaları tövsiyyə olunur.
Cari
ilin büdcə layihəsində bu istiqamətə maliyyə vəsaitinin ayrılacağını və bu vəsaitin
Quba tarix-diyarsünaslıq muzeyinin eksponat fondunun zənginləşdirilməsinə xidmət
edəcəyini qeyd edib. Sədr bununla bağlı bələdiyyə iclasında müzakirələrin
aparılacağını da qeyd edib.
Sədr
daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən
maliyyə vəsaiti tələb edir. Lakin bir çox hallarda bələdiyyələrin maliyyə çətinliyi
ilə üz-üzə qalması bu istiqamətdə layihələrin icrasına bəzən imkan vermir. Sədr
inanır ki, büdcə gəlirlərini artırmaqla Quba şəhərində maddı-mədəni irsimizin
qorunmasına, mühafizəsinə və daha da zənginləşdirilməsinə töhfəmizi verəcəyik.
Görüşdə
Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev, Tüləkəran bələdiyyəsinin
sədri Rauf Hüseynov, Xınalıq bələdiyyəsinin sədr müavini Vaqif Həsənov,habelə
Quba bələdiyyəsinin sədr müavini Nizaməddin
Əmrullayev mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.
Yekunda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb və xatirə şəkli çəkilib.
Layihə çərçivəsində növbəti görüşlərin İsmayıllı və
Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy