2026-cı ilin yanvar-iyun aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2026-cı ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki, Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün 01 yanvar 2026-cı il vəziyyətə 1845,5 hektar sahədə şumlama işi aparılmış, ondan 592,0 hektarında buğda, 1117,3 hektarında arpa, 106,7 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 592,0 hektar buğda sahəsi və 1117,3 hektar arpa sahəsi olmuşdur.
2026-cı
ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 15,0
hektar sahədə tərəvəz, 3,2 hektar sahədə kartof, 35,2 hektar sahədə yazlıq
yonca və 62,0 hektar sahədə ərzaq üçün
bostan bitkiləri (38,0 hektar yemiş, 24,0 hektar qarpız) əkilmişdir.
Beləliklə,
2026-cı ilin məhsulu üçün 2025,4 hektar əkin sahəsi vardır. Bunun 1816,0
hektarı payızlıq, 115,4 hektarı yazlıq və 94,0 hektarı isə keçən illərdən
qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.
2026-cı
ildə 1709,3 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da
keçən ilə nisbətən 145,4 hektar və ya 9,3 faiz çoxdur.
2026-cı
ildə 80,2 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da
keçən ilə nisbətən 2,7 hektar və ya 3,5 faiz
çoxdur.
2026-cı
ildə 106,7 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə
nisbətən 11,0 hektar və ya 9,3 faiz
azdır.
2026-cı
ildə keçən illərdən qalma 94,0 hektar və 35,2 hektar yeni əkilmiş yonca sahəsi
olmaqla cəmi 129,2 hektar yonca sahəsi vardır.
2026-cı
ildə 129,2 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 23,5 hektar
və ya 22,2 faiz çoxdur.
01
iyul 2026-cı il vəziyyətinə iri
buynuzlu mal-qaranın sayı 4717
baş, qoyun və keçilərin sayı 26977 baş olmuşdur. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 336 baş (7,7
faiz), qoyun və keçilərin sayı isə 4458 baş (19,8 faiz) çox
olmuşdur.
2026-cı ilin yanvar-iyun ayları
ərzində ət istehsalı 2040,0 sentner (diri çəkidə), süd istehsalı 12650,0
sentner, yumurta istehsalı 640,0 min ədəd, yun istehsalı isə 390,0 sentner
olmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3944,0
sentner və ya 65,9 faiz azalmış, süd istehsalı 920,0 sentner və ya 7,8 faiz,
yumurta istehsalı isə 5,0 min ədəd, və ya 0,8 faiz, yun istehsalı 40,0 sentner
və ya 11,4 faiz artmışdır.
2026-cı ilin yanvar-iyun ayları ərzində kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının
həcmi 4480,5 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
47,1 faiz az olmuşdur. Sahə üzrə məhsul buraxılışının 3112,5 min manatını
heyvandarlıq, 1368,0 min manatını isə bitkiçilik məhsulları təşkil etmişdir.
Asəf Mikayılov
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Rəylər
0 Rəy