Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 19:49

96

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyənin təşkilatçılığı ilə Xətai rayonunda növbəti iməcilik  təşkil edilib


 Xətai Rayonu Xətai Bələdiyyəsi tərəfindən rayon ərazisində növbəti iməclik işləri həyata keçirilib. İməclik çərçivəsində ərazilərin təmizlənməsi, çoxsaylı müxtəlif rəngli güllərin əkilməsi və onlara qulluq göstərilərək suvarılması işləri aparılıb.

Görülən işlər nəticəsində ərazinin estetik görünüşü daha da yaxşılaşdırılıb, sakinlər üçün daha səliqəli və gözoxşayan mühit yaradılıb.

İşlərin təşkilində və həyata keçirilməsində Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin yaşıllıqların artırılması, rayonun abad və səliqəli saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət xüsusi diqqət çəkir. Onun təşəbbüsü və iş prosesinə diqqətli yanaşması nəticəsində bələdiyyənin abadlıq və yaşıllaşdırma istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alır.

Xətai Bələdiyyəsi bundan sonra da rayon ərazisində yaşıllıqların qorunması, yeni güllərin və ağacların əkilməsi, ətraf mühitin təmiz və abad saxlanılması istiqamətində işləri davam etdirəcəkdir.

Xətai bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
503