Bələdiyyənin təşkilatçılığı ilə Xətai rayonunda növbəti iməcilik təşkil edilib
Xətai Rayonu Xətai Bələdiyyəsi tərəfindən rayon ərazisində növbəti iməclik işləri həyata keçirilib. İməclik çərçivəsində ərazilərin təmizlənməsi, çoxsaylı müxtəlif rəngli güllərin əkilməsi və onlara qulluq göstərilərək suvarılması işləri aparılıb.
Görülən
işlər nəticəsində ərazinin estetik görünüşü daha da yaxşılaşdırılıb, sakinlər
üçün daha səliqəli və gözoxşayan mühit yaradılıb.
İşlərin
təşkilində və həyata keçirilməsində Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin
yaşıllıqların artırılması, rayonun abad və səliqəli saxlanılması istiqamətində
həyata keçirdiyi məqsədyönlü fəaliyyət xüsusi diqqət çəkir. Onun təşəbbüsü və
iş prosesinə diqqətli yanaşması nəticəsində bələdiyyənin abadlıq və
yaşıllaşdırma istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alır.
Xətai
Bələdiyyəsi bundan sonra da rayon ərazisində yaşıllıqların qorunması, yeni güllərin
və ağacların əkilməsi, ətraf mühitin təmiz və abad saxlanılması istiqamətində
işləri davam etdirəcəkdir.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy