Qobustan qəsəbəsində şəhidin anım günü qeyd olunub
Bu gün Vətən uğrunda canından keçən igid oğlumuz, Şəhid Cəlal Abdullayevin anım günüdür.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin nümayəndələri, Qaradag rayon Qobustan Bələdiyyəsinin sədri iştirak etmişdir.
Tədbir iştirakçıları şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxumuş, məzarı üzərinə gül dəstələri qoymuşlar. Çıxışlarda Cəlal Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunmuş, onun keçdiyi şərəfli döyüş yolunungələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır.
Dövlətimiz hər zaman şəhidlərimizin xatirəsini uca tutur və onların ailələrinə diqqət və qayğı ilə yanaşır.
Cənab Şəhidim, ruhun şad olsun! Vətən sizə minnətdardır.
Rəylər
0 Rəy