Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2026 , 00:47

164

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə bələdiyyəsinin  büdcə gəlirlərində ciddi artım müşahidə olunmaqdadır

Zirə bələdiyyəsində yerli vergi və ödənişlərinin yığılması istiqamətində işlər davam etdirilməkdədir.

Bələdiyyədən daxil olan məlumatda qeyd edilir ki, 2024–2026-cı illər üzrə yerli büdcəyə daxilolmaların təhlili göstərir ki, vergi və digər ödənişlərin yığılmasında müsbət dinamika müşahidə olunmuşdur.

Belə ki, 2024-cü ildə yerli büdcəyə 39869,88 manat daxil olduğu halda, 2025-ci ildə bu göstərici 44901,23 manata çatmış, əvvəlki illə müqayisədə 5031,35 manat və ya 12,62 faiz artmışdır. 2026-cı ilin I yarımilində isə büdcə gəlirləri 88046,32 manat təşkil etmiş, bu da 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 43145,09 manat və ya 96,09 faiz artım deməkdir. Ümumilikdə, 2024-cü illə müqayisədə 2026-cı ildə büdcə gəlirləri 48 176,44 manat və ya 120,84 faiz artmışdır. Bu artım vergi inzibatçılığının gücləndirilməsi, vergi ödəyiciləri ilə aparılan maarifləndirmə işləri və vergi yığımının səmərəliliyinin artırılması nəticəsində əldə olunmuşdur.

Bələdiyyə bundan sonra da  büdcə gəlirlərinin artırılması və sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər