Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-09-2026 , 09:39

75

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 M.Ə.Rəsulzadə qəsəbəsində şəhidin xatirəsi yad edilib

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və M.Ə. Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə 8 sentyabr 2026-cı il tarixində şəhid Aboyev Ramiz Nazim oğlunun anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin kollektivi, şəhidin ailə üzvləri və yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid Ramiz Aboyevin büstü önündə onun əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub və büstü önünə gül dəstələri düzülüb.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
M.Ə.Rəsulzadə bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
482