Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-09-2026 , 21:39

1607

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təbriz Ağayev: “Bələdiyyə tərəfindən qəsəbədə  genişmiqyaslı abadlıq və asfaltlama işləri həyata keçirilib”

​“Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşların rahatlığının təmin edilməsi və qəsəbədaxili yolların infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti addım atılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədr müavini Təbriz Ağayev deyib.

Sədr müavini qeyd edib ki,  "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Buzovna bələdiyyəsi tərəfindən qəsəbənin 273-cü küçəsində genişmiqyaslı abadlıq və asfaltlama işləri həyata keçirilib.

Görülən işlər çərçivəsində sözügedən küçədə ümumilikdə 1300 kvadratmetr əraziyə yeni və keyfiyyətli asfalt örtüyü çəkilib. Layihə çərçivəsində ərazidə öncə hazırlıq, hamarlama və torpaq bərkitmə işləri aparılıb, ardından nəqliyyatın və piyadaların rahat, təhlükəsiz hərəkətini təmin edəcək müasir yol örtüyü salınıb.

​Sədr müavini bildirib ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində qəsəbənin estetik görünüşünün yaxşılaşdırılması, sakinlərin məişət şəraitinin yüksəldilməsi və yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər bundan sonra da mərhələli şəkildə davam etdiriləcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
400