Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-09-2026 , 21:32

189

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar İsmayılov: “Əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olunub”

“Bu gün Mingəçevir bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün Bələdiyyələrin Vahid İnformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri  Anar İsmayılov deyib.

Sədr qeyd edib ki, növbəti ildən vergi bildirişlərinin onlayn qaydada veriləcəyini nəzərə alan bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi sistemində əvvəllər mövcud olmuş problemlərin həlli ilə, habelə vergi ödəyicilərinin əlaqə məlumatlarının dəqiqləşdirilməsi ilə bağlı ciddi addımlar atıblar. Məhz bu addımların sayəsində bələdiyyənin büdcə gəlirlərində artım müşahidə olunub.

2024-cü ilin səkkiz ayı ərzində əldə olunan büdcə gəlirlərinə toxunan sədr  qeyd edib ki, ümumi olaraq toplanan 236.874 manatın  12.965 manatı əmlak vergisindən, 9.512 manatı torpaq vergisindən, 97.424 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 2.110 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən,  452 manatı avtomobil dayanacaqlarından, 26.010 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  88.400 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olmuşdursa,  cari ildə büdcə gəlirlərində səkkiz ay ərzində artıq 26 faizlik artım müşahidə oliunub.

Belə ki, cari ilin səkkiz ayı ərzində əldə olunan  299.076 manatın  82.098 manatı əmlak vergisindən, 11.862 manatı torpaq vergisindən, 107.573 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 2.470 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 1550 manatı avtomobil dayanacaqlarından, 25.257 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  68.265  manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olub.

Göründüyü kimi, bir sıra istiqamətlərdə, xüsusəndə əmlak vergisinin yığımında ciddi irəliləyişə nail olunub.

Sədr qeyd edib ki, ilk dəfədir ki,  əmlak vergisinın yığımında olan artımın həcmi 6.4 dəfəyə çatıb.  Əldə olunun bu uğura kollektivin birgə səyi ilə imza atılıb.

Fəaliyyətlərində daim Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyini hiss etdiklərini qeyd edən sədr hədəfə doğru bundan sonra da ciddi addımlar atacaqlarını bildirdi.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
440