Zirə bələdiyyəsinin büdcə gəlirlərində ciddi artım müşahidə olunmaqdadır
Zirə bələdiyyəsində yerli vergi və ödənişlərinin yığılması istiqamətində işlər davam etdirilməkdədir.
Bələdiyyədən daxil
olan məlumatda qeyd edilir ki, 2024–2026-cı illər üzrə yerli büdcəyə
daxilolmaların təhlili göstərir ki, vergi və digər ödənişlərin yığılmasında
müsbət dinamika müşahidə olunmuşdur.
Belə ki, 2024-cü ildə
yerli büdcəyə 39869,88 manat daxil olduğu halda, 2025-ci ildə bu göstərici
44901,23 manata çatmış, əvvəlki illə müqayisədə 5031,35 manat və ya 12,62 faiz
artmışdır. 2026-cı ilin I yarımilində isə büdcə gəlirləri 88046,32 manat təşkil
etmiş, bu da 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 43145,09 manat və
ya 96,09 faiz artım deməkdir. Ümumilikdə, 2024-cü illə müqayisədə 2026-cı ildə
büdcə gəlirləri 48 176,44 manat və ya 120,84 faiz artmışdır. Bu artım vergi
inzibatçılığının gücləndirilməsi, vergi ödəyiciləri ilə aparılan maarifləndirmə
işləri və vergi yığımının səmərəliliyinin artırılması nəticəsində əldə
olunmuşdur.
Bələdiyyə bundan sonra da büdcə gəlirlərinin artırılması və sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy