Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2026 , 12:44

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Xətai bələdiyyəsi  hər zaman şəhid və qazi ailələrinin məktəbyaşlı uşaqlarını diqqətdə saxlayır”

“Xətai rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub”- bu fikirləri Belediyye.infoya Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.

Azərbaycan dövlətinin şəhid və qazi ailələrinin övladlarına hər daim xüsusi qayğı və diqqətlə yanaşdığını qeyd edən Elşad Vəliyev Xətai bələdiyyəsi də ənənəyə sadiq qalaraq hər il həssas qrupa aid olan ailələrin məktəbyaşlı uşaqlarını unutmur.

Şəhid və qazi ailələrini qarşıdan gələn yeni dərs ili münasibəti ilə təbrik edən sədr ölkə başçısının uşaqlara olan diqqət və qayğısından danışıb. Sədr qeyd edib ki, ölkə rəhbərliyinin bu qayğısı nəticəsində Azərbaycanda təhsil sahəsində mühüm uğurlar qazanılıb, xüsusən işğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri inşa edilərək doğma torpaqlara qayıdan sakinlərin ixtiyarına verilib. Sədr açıqlamasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini xatırladıb.

Elşad Vəliyev  hər bir bələdiyyə üzvünün və bələdiyyə qulluqçusunun hər zaman  Xətai rayon məktəblilərini də daim qayğısız, problemsiz və xoşbəxt görmək istədiklərini vurğulayıb. Sədr açıqlamasında rayon ərazisində yaşayan 65 şəhid və qazi ailələrinin  məktəbyaşlı uşaqlarına yeni tədris ili üçün zəruri məktəbli ləvazimatlarının alınması üçün hər birinin şəxsi hesablarına 250-350 manat (ƏDV ilə birgə) məbləğində maliyyə vəsaitinin köçürüldüyünü də qeyd edib. Ümumilikdə isə 115 nəfər uşaq olmaqla Vətən Müharibəsində Şəhid olmuş Hərbi qulluqçuların  və Əlil olmuş şəxslərin Məktəbli Övladlarına məktəb çantaları və digər lazımı ləvazimatları Xətai rayonu Xətai Bələdiyyəsinin büdcəsindən vəsait ayrılaraq təmin olunmuşdur.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
413