Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2026 , 00:25

89

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Qərbi Azərbaycanlı ailələrinin məktəbyaşlı uşaqları ilə ənənəvi görüş keçirilib”


“Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə  rayon ərazisində məskunlaşan Qərbi Azərbaycanlı ailələrinin məktəbyaşlı uşaqları ilə görüş keçirilib”- bu fikirləri Belediyye.infoya İcmanın İdarə heyətinin üzvü və  Nərimanov təşkilatının  rəhbəri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyevin sözlərinə görə, görüşdə  iştirak edən aztəminatlı ailələrdən olan 70 məktəbyaşlı uşağa  məktəbli çantası və digər məktəb ləvazimatlarının alınması üçün maddı yardım göstərilib.

Görüşdə  Təmraz Tağıyev Qərbi Azərbaycan İcmasının fəaliyyət proqramı olan “Qayıdış Konsepsiyası”ndan irəli gələn vəzifələrin ölkəmizin Qərbi Azərbaycana qayıdışı uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi  kimi hesab etdiyini qeyd edib.

Təşkilat rəhbəri qeyd edib ki, bu gün Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”  fikirlərini hər kəs öz fəaliyyət proqramının əsas prinsipi kimi qeyd etməlidir.

Sonda Təmraz Tağıyev uşaqlara icmanın Nərimanov təşkilatının fəaliyyəti barəsində məlumat verib və belə görüşlərin ənənəvi olaraq keçirildiyini qeyd edib.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
135