Şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Qaradağ rayonu Sahil bələdiyyəsi tərəfindən Vətən müharibəsi şəhid ailələri ziyarət edilmişdir. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Sahil bələdiyyəsinin təşkilatçılığı, eləcə də sahibkarların dəstəyi ilə şəhid ailələrinə ərzaq payları təqdim edilmişdir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğu qeyd olunmuşdur.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri
Qaradağ rayonu, Sahil bələdiyyəsi
Rəylər
0 Rəy