Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2026 , 20:28

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə bələdiyyəsi hədəfə doğru addım atmaqdadır

Zirə bələdiyyəsi büdcə gəlirlərində artıma nail olmaqla seçici müraciətlərinin  həllini sürətləndirməyə nail olublar.

2024-cü ilin birinici rübü ilə müqayisədə cari ildə Zirə bələdiyyəsinin büdcə gəlirlərində 131 faizlik artım müşahidə olunub.

Əgər 2024-cü ildə bələdiyyə ümumilkdə 18.955 manat əldə edə bilmişdisə və bunun da 5.930 manatı əmlak vergisi, 13.025 manatı isə torpaq vergisi təşkil etmişdirsə, 2025-ci ildə müvafiq olaraq ümumi olaraq 23.342 manatın  6.167 manatı əmlak vergisindən, 17.174 manatı  torpaq vergisindən daxil olub.

Bu gün  kollektivin və vergi xidmətinin birgə səyi ilə cari ilin birinci rübündə büdcə daxil olmalarının həcmi rekord həddə  43.633 manata çatıb. Əldə olunan vəsaitin 14.171 manatı əmlak vergisindən 29.461 manatı isə torpaq vergisindən daxil olub.  

Göründüyü kimi, son iki il ərzində 139 faizlik artım əmlak vergisində, 127 faizlik artım isə torpaq vergisinin yığımında müşahidə olunub.

Beləliklə, addım-addım Zirə bələdiyyəsi hədəfə doğru addım atmaqdadır.  

Xəzər rayonu, Zirə bələdiyyəsi

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər