Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2025 , 00:56

825

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Görüşdə ikitərəfli əlaqələrin qurulmasının vacibliyi vurğulanmışdır 


“Bələdiyyələrarası  qarşılıqlı əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılması nəticə etibari ilə bələdiyyənin inkişafına səbəb olan amillərdəndir”- bu fikirləri Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli Biləsuvar şəhər bələdiyyəsinin sədri İlqar Abbasovla keçirilən görüşdə deyib.

Zirə bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə qarşılıqlı əlaqələri qurulmasından, hər iki bələdiyyənin həyata keçirdiyi layihələrdən danışılmış, o cümlədən  bələdiyyələrin üzləşdikləri çətinliklərin birgə həlli yolları müzakirə edilmişdir.

Bu günlərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assossiasiyasinın ümumi yığıncağında İdarə heyətinə üzv seçilməsi münasibəti ilə İlqar Abbasovu təbrik edən Anar Hüseynli bu yüksək etimadı layiqincə doğruldacağına inandığı qeyd edib. 

Görüşdə ikitərəfli əlaqələrin qurulmasının vacibliyi vurğulanmış, tez bir zaman kəsiyində bununla bağlı addımların atılmasının zəruriliyi qeyd edilmişdir.  

Həmçinin hər iki tərəf ətraf mühitin qorunması və sosial təşəbbüslərin dəstəklənməsi istiqamətində bir sıra təklifləri dəyərləndirib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər