Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib
Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
Belediyye.info
xəbər verir ki, yığıncaqda əvvəlcə Assosiasiyanın İdarə Heyətinin 15 üzvü
seçilib. Daha sonra İdarə Heyətinin üzvləri arasından Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin
sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib.
Rəylər
0 Rəy