Anar Adıgözəlov: “Şəhidlər Xiyabanında həyata keçirilən abadlıq işlərinin aparılması mənəvi borcumuzun ifadəsidir”
“Azərbaycan xalqının tarixində əbədi iz buraxan 8 Noyabr - “Zəfər Günü” münasibətilə Maştağa Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq və bərpa işləri həyata keçirilmişdir. Bu təşəbbüs xalqımızın qəhrəman oğullarının əziz xatirəsinə dərin ehtiramın təzahürüdür. Xiyabanın ərazisi yenilənib və abadlaşdırılıb.”- bu fikirləri adiçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, ümumi sahəsi 1,5 hektar olan Maştağa Şəhidlər Xiyabanında bərk məişət
tullantıları tam təmizlənmiş, ərazidən daşınmışdır. Hasarların bir hissəsi
bərpa edilərək suvaq işləri aparılmış, 1200 kv. metr hasar tam rənglənmişdir.
Xiyabanın giriş qapıları və metal reşotqaları yenidən rənglənərək müasir
görünüşə salınıb, Bayraqlar yenilənib.
Abadlıq işləri çərçivəsində ərazidə yüzlərlə qızılgül
kolları, həmçinin 55 ədəd limonlu şam ağacı əkilmişdir. Əkilmiş ağac və bitkilərin
uzunömürlü saxlanması məqsədilə müasir suvarma sistemi quraşdırılmış, bu da gələcəkdə
ərazinin davamlı yaşıllıq vəziyyətini təmin edəcək. Şəhidlərimizin ildönümlərində
məzarları ziyarət edilmiş, əklil və gül dəstələri qoyulmuş, şəhidlərin ruhuna
dualar oxunmuşdur.
Maştağa
bələdiyyəsinin sədri Anar Adıgözəlov “Zəfər günü” ilə bağlı tədbir çərçivəsində
daha sonra qeyd edib ki, Şəhidlər Xiyabanında həyata keçirilən abadlıq işləri təkcə
fiziki bərpa deyil, mənəvi borcumuzun ifadəsidir. Biz bu torpaqda azad,
qürurlu və suveren şəkildə yaşayırıqsa, bu, şəhidlərimizin qəhrəmanlığı və canı
bahasınadır. Onların xatirəsini daim uca tutmaq, məzarlarını qorumaq və bu müqəddəs
məkana qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Bundan sonrada
Xiyaban ərazisində abadlıq-quruculuq işləri daim davam etdiriləcəkdir.
Sonda qəsəbə sakinləri Şəhidlər xiyabanında həyata keçirilən abadlıq-quruculuq işlərinə görə teşəkkür etmişlər və bunu vətənə sədaqət, hörmət və birlik rəmzi kimi dəyərləndirmişlər.
Belediyye.info
Rəylər
0 Rəy