Təmraz Tağıyev: “Bu şəhər bələdiyyələri BAMS prorqamının verdiyi imkandan yararlansalar da...”
““Hazırda Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) ölkənin 641, o cümlədən 68 şəhər bələdiyyəsininə fasiləsiz xidmət göstərir. Bununla yanaşı Naxşıvan Muxtar Respublikasının 44, o cümlədən 6 şəhər bələdiyyəsinin BAMS sisteminə qoşulması təmin edilmişdir”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağında assosiasiyanın sədri Təmraz Tağıyev deyib.
Sədr
çıxışında qeyd edib ki, son iki il ərzində assosiasiyaların təsisçisi olduğu “Bələdiyyələrə
onlayn xidmət” mərkəzi BAMS proqramında köklü dəyişikliklər edilməsinə nail
olub.
Sədr
bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması, habelə SMS
xidmətinin tətbiq edilməsi nəticə etibarı ilə bələdiyyələrin yerli vergi yığımının
həcminə əsaslı şəkildə təsir edib.
Son
iki il ərzində həyata keçirilən layihələr
səbəbindən ümumi bələdiyyə büdcəsinin həcmi 31.4 faiz artaraq ilk dəfə 60 milyon manat həcmini keçmişdir.
Diqqətiçəkən
məqam ondadır ki, şəhər bələdiyyələrinin illik büdcə gəlirləri son iki ildə 58
faiz artmışdır. Bu sıra da şəhər bələdiyyələrində yerli vergilərin həcmi isə 78 faiz artımışdır.
Əldə edilən maliyyə vəsaitinin 58.5 faizi məhz yerli vergilərdən daxil olub. BAMS
prorqamının verdiyi imkan düzgün istifadə edərək büdcə gəlirlərinin artımına
nail olan Sumqayıt, Xətai, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Gəncənin Kəpəz
və Nizami, Xırdalan, Bakının Nizami və Binəqədi bələdiyyələrini xüsusilə qeyd etmək yerinə düşərdi.
Sədr çıxışında
təəssüf hissi ilə bildirib ki, bir çox bələdiyyələr hələ də inteqrasiyanın
verdiyi imkandan, BAMS-ın tətbiq etdiyi yeniliklərdən düzgün şəkildə istifadə
edə bilməmiş, habelə, vergi-uçot
sisteminin müasir tələblər səviyyəsində qura bilməmişlər.
Belediyye.info
Rəylər
0 Rəy