Elxan Oqtay oğlu İbrahimov kimdir?
1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya
Universitetində müəllim kimi başlayıb. Sonralar
“Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində,
“Embawood” şirkətlər qrupunda
və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə
çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı
Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsinə, 12
noyabr 2025-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH başçısı vəzifəsinə
təyinat alıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini
bilir. Evlidir, 3 övladı var.
Rəylər
0 Rəy