Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2026 , 20:58

157

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsində YAP üzvləri ilə görüş keçirilib

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev 11 saylı ərazi ilk partiya təşkilatının üzvləri ilə görüşüb. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsindən daxil olub. Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev 11 saylı ərazi ilk partiya təşkilatının (Mingəçevir Bələdiyyəsi) üzvləri ilə görüşüb.

Görüşdə YAP-ın fəaliyyəti, qarşıda duran vəzifələr, təşkilati işlərin təkmilləşdirilməsi və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Çıxışlarda Prezident və YAP Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə toxunulub, qurultayda müəyyənləşdirilən strateji hədəflərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, YAP ölkədə həyata keçirilən dövlət siyasətinin, milli maraqların qorunmasının və Azərbaycanın davamlı inkişafının dəstəklənməsində mühüm rol oynayır. Qarşıya qoyulan vəzifələrin icrası hər bir partiya üzvündən yüksək məsuliyyət, fəallıq və təşəbbüskarlıq tələb edir.

Görüşdə partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakının artırılması, əhali ilə əlaqələrin möhkəmləndirilməsi, vətəndaş müraciət və təkliflərinə həssas yanaşılması, eləcə də partiyanın ideya və məqsədlərinin cəmiyyətdə təbliği məsələlərinə diqqət yetirilib. Qeyd olunub ki, ilk partiya təşkilatları yerli səviyyədə fəaliyyətin təşkilində, üzvlər arasında həmrəyliyin gücləndirilməsində və qarşıya qoyulan vəzifələrin icrasında mühüm əhəmiyyət daşıyır.

Bəxtiyar Mustafayev çıxışında təşkilati fəaliyyətin gücləndirilməsinin, üzvlərin təşəbbüslərinin dəstəklənməsinin və işlərdə ardıcıllığın təmin edilməsinin vacibliyini qeyd edib. O, partiya üzvlərini ölkənin inkişafı naminə həyata keçirilən proseslərdə fəal iştirak etməyə, dövlətçilik prinsiplərinə sadiq qalmağa və üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çağırıb.

Qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılmasında hər bir partiya üzvünün fərdi məsuliyyətinin və kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Bu məqsədlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, mütəmadi görüşlərin keçirilməsi, mövcud məsələlərin birgə müzakirəsi və konkret fəaliyyət istiqamətləri üzrə işlərin davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə iştirak edən təşkilat üzvləri müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər. Təşkilati fəaliyyətin səmərəliliyinin artırılması və partiya işinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi, üzvlərin fəallığının artırılması, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də YAP sıralarında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Mingəçevir bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər