“Vergilərinin yığımında müşahidə olunan müsbət dinamika görülən işlərin əhəmiyyətini göstərir”: Firdövsi Calalov
Torpaq vergisi üzrə də əldə olunan rəqəmlərə toxunan sədr qeyd edib ki, 2024-cü
ilin ilk 8 ayında 54.870 manat, 2025-ci ilin müvafiq dövründə 51.975 manat,
2026-cı ilin eyni dövründə isə 60.953 manat torpaq vergisi toplanmışdır. Bu,
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8. 978 manat və ya təxminən 17,3 faiz
artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin ilk 8 ayında torpaq və əmlak vergiləri
üzrə cəmi 333.246 manat vəsait toplanmışdır. Bu göstərici 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə 102.701 manat və ya təxminən 44,5 faiz çoxdur.
Masazır bələdiyyəsinin sədri Firdovsi Cəlalov daha sonra
qeyd edib:
“Torpaq və əmlak vergilərinin toplanması üzrə müşahidə
olunan müsbət dinamika bələdiyyə gəlirlərinin artırılması istiqamətində görülən
işlərin əhəmiyyətini göstərir. Yerli büdcə gəlirlərinin yüksəldilməsi bələdiyyənin
maliyyə imkanlarının genişləndirilməsi, ərazidə abadlıq və infrastruktur tədbirlərinin
həyata keçirilməsi, eləcə də sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Əsas məqsədimiz vergi daxilolmalarının qanunvericiliyin tələblərinə
uyğun, şəffaf və sistemli şəkildə təmin olunması, vergi ödəyiciləri ilə maarifləndirmə
işlərinin gücləndirilməsi və bələdiyyə büdcəsinin gəlir potensialından səmərəli
istifadə edilməsidir. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən tədbirlər gələcək
dövrlərdə də müsbət nəticələrin əldə olunmasına töhfə verəcək”.
Sədr sonda qeyd edib ki, Masazır bələdiyyəsi bundan sonra da yerli büdcə gəlirlərinin artırılması, maliyyə intizamının gücləndirilməsi və toplanan vəsaitlərin ərazinin inkişafına yönəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy