Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2026 , 18:19

130

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

"Şabran bələdiyyəsi MyGov platformasının təbliği və əhalinin maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir” - Fidan Fərzəliyeva

“Şabran bələdiyyəsi tərəfindən MyGov platformasının imkanları barədə əhalinin məlumatlandırılması və vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsinin təşviq edilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir”- bu fikirləri Belediyye.infoya adıçəkiləın bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.

Sədr qeyd edib ki, tədbirlər çərçivəsində rayonun insanların sıx olduğu ictimai məkanlarında maarifləndirici posterlər yerləşdirilmiş, bələdiyyə binasına müraciət edən vətəndaşlara isə MyGov platformasının imkanları, üstünlükləri və istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir.  Şabran bələdiyyəsi əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılmasını, dövlət xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə istifadənin təşviq edilməsini prioritet istiqamətlərdən biri hesab edir. Bu məqsədlə həyata keçirilən maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər