YAP Goranboy rayon təşkilatının inzibati binasında "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə partiyaya uzun illər ləyaqətlə xidmət etmiş, partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirak etmiş bir qrup qadın üzvləri ilə görüş keçirildi.
Tədbirdə,
çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Goranboy
rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva qadınların cəmiyyətimizdəki
roluna toxunaraq bildirmişdilər ki, qədim tarixə malik müdrik Azərbaycan xalqı
həyatın bütün mərhələlərində özünün ləyaqətli qadınları ilə qürur duymuşdur.
Gözəllik, yüksək əxlaq, mənəvi saflıq nümunəsi olan Azərbaycan qadınları daim
yüksək hörmət və ehtirama layiqdirlər. Azərbaycan qadını bütün dövrlərdə öz
istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub
saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət
- qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə
böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan
Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart
2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər,
respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə
təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə
inkişaf edir. Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə
çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı
uğurlu nəcib fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün
gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal
olduğunu təsdiq edir. Bayram münasibətilə rayon ictimaiyyəti və Yeni Azərbaycan
Partiyası Goranboy rayon təşkilatının çoxminli üzvləri adından başda Azərbaycan
Respublikasının birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva və qəhrəman şəhidlərimizin
qadın ailə üzləri olmaqla Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edərək,
şəxsi həyatlarında ailə səadəti, fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda
tədbirdə iştirak edən bir qrup qadın üzvlər, o cümlədən rayonda
formalaşdırılan bələdiyyələrin xanım sədrləri YAP Goranboy rayon təşkilatının həyata
keçirdiyi tədbir və layihələrə verdikləri töhfələrə, o cümlədən "8 Mart
Beynəlxalq Qadınlar Günü" münasibətilə və partiyanın ictimai-siyasi fəaliyyətində
fəal iştiraklarına görə hədiyyə və Fəxri Fərmanla təltif olunmuşlar.
Təltif olunan qadın partiya üzvləri onlara göstərilən diqqətə və etimada görə dövlətimizə və Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildirdilər.
Rəylər
0 Rəy