Təltif edilənlər arasında Sumqayıt bələdiyyəsinin xanım qulluqçuları da var
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, Sumqayıt bələdiyyəsinin rəsmiləri və qulluqçular, şəhid və qazi ailəsinin üzvləri, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə və digər sahələrdə çalışan qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınının dövlətçilik tariximizdəki müstəsna rolunu, onların göstərdikləri yüksək mənəvi mövqeyi və vətənpərvərlik nümunəsini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanda dövlət qadın siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün həmin uzaqgörən strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Daha sonra çıxış edən natiqlər bu gün Azərbaycan qadınının öz gücü, zəkası,
humanizmliyi, beynalxalq aləmdəki nailiyyətləri ilə seçilən qalib xalqın
aparıcı qüvvəsi olduğunu bildiriblər.
Çıxış edən xanımlar
onlara göstərilən diqqət və qayğıya görə ölkə başcısı cənab İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını
bildiriblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal
iştirakına görə bir
sıra xanımı Sumqayıt şəhər İcra Hakimiyyətinin “Fəxri Fərman”ları
ilə təltif edib. Təltif
olunanlar arasında Sumqayıt bələdiyyəsinin
əməkdaşları Nigar Qafarova, Könül Ələsgərova, Ramilə Qəmbərova da var.
P.S. Təltif olunan xanımları təbrik edir, Sumqayıt bələdiyyəsinin inkişafında bundan sonra səmərəli fəaliyyətləri ilə daha yüksək nailiyyətlər göstərmələrini arzu edirəm.
Rəylər
0 Rəy