Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2026 , 21:02

167

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə layihə icra etdi, icra başçısı bu məlumatı paylaşdı

Bələdiyyənin icra etdiyi layihə barədə məlumatı icra başçısı paylaşdı. Bu hal bizim üçün də maraqlı gəldi. Çünki bir çox hallarda icra hakimiyyətinin təşəbbüsü və tövsiyəsi ilə hansısa layihə bələdiyyə tərəfindən icra olunur. Layihə yekunlaşır, haqqında məlumat paylaşılır, ancaq bələdiyyənin bir yerdə adı çəkilmir. Suraxanı rayonunda isə tamam başqa mənzərə yaranıb. Mətləbə keçək.

Bu gün Adil Əliyevin Suraxanı RİH-başçısı vəzifəsinə təyinatından sonra rayonda bələdiyyə-icra münasibətləri sivil müstəviyə keçməklə bərabər, həm də təcrübəsi yayıla biləcək bir səviyyəyə çatması danılmaz faktdır. Rayonda formalaşan bələdiyyələrə RİH tərəfindən göstərilən diqqət, yerli orqanların qarşılaşdığı problemlərin həllinə zamanında dəstəyin göstərilməsi diqqətiçəkən məqamdır.

Bu gün Adil Əliyevin öz sosial media profilindəki hesabında Qaraçuxur bələdiyyəsinin fəaliyyətini paylaşması bütün hallarda yuxarıda söylədiyimiş fikirləri əyani şəkildə təsdiq edir.

Paylaşılan məlumatda bildirilir ki, Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir. Rayonun yol infrastrukturunun yaxşılaşdırılması da əsas prioritet məsələlərdəndir və bu istiqamətdə tədbirlər həyata keçirilir.  Qeyd edək ki, hazırda Qaraçuxur bələdiyyəsi tərəfindən N.İsmayılov, R.Alıcanov, C.Qurbanov küçələrinin kəsişməsində 2200 kv.m asfaltlanma işləri aparılır.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

Əlavə  olaraq qeyd edək ki, Qaraçuxur bələdiyyəsi bundan əvvəl  qəsəbənin mərkəz küçəsi hesab olunan Əhməd Möhbalıyev küçəsində aparılan, həyata keçirilən layihəyə əsaslı şəkildə öz dəstəyini göstərmişdi.

Görünən odur ki, Qaraşçuxur bələdiyyəsi Suraxanı rayonunun da aparılan quruculuq işlərinə öz töhfəsini layiqincə verir.

Məsələ ilə bağlı adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov Belediyye.infoya açıqlamasında bildirib ki, Qaraçuxur bələdiyyəsi tərəfindən qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə daim dəstəyini göstərir.

Sədr qeyd edib ki, bu gün Suraxanı RİH-tərəfindən atılan hər bir addım sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına söykənir. Hazırda Qaraçuxur bələdiyyəsiniun vergi xidməti həyata keçiriləcək layihələrin icrasını təmin etmək üçün var qüvvə ilə çalışır. Məhz bələdiyyədə hökm sürən birliiyin və səmimiyyətin nəticəsində büdcə gəlirlərində diqqətiçəkən artımlar müşahidə olunub. Bu gün əldə etdiymiz hər bir manat nəticə etibarı ilə sakinlərin qaldırdığı problemlərin həllinə yönıldilir.

Sədr sonda qeyd edib ki, fəaliyyətimizi bundan sonra bu yuxarıda söylənilən prinsiplərə uyğun davam etdirmək niyyətindəyik.

Əlavə edək ki, icra başçısı bələdiyyənin həyata keçirdiyi layihəni paylaşması, fikrimizcə təqdirəlayiq bir haldır. Və  bu cür qarşılıqlı münasibət digər RİH başçlları üçün də bir örnək olmalıdır.

 Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər