Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2025 , 19:57

661

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Məhəllə komitələri ilə görüş keçirildi

Sumqayıt Bələdiyyəsində məhəllə komitəsi seçkilərindən sonra yeni seçilən üzvlərlə geniş tərkibdə görüş təşkil olundu.Görüşdə şəhər bələdiyyəsinin sədri və aidiyyəti şöbələrimizin nümayəndələri iştirak edirdi.

Tədbiri açıq elan edən bələdiyyə sədri yeni seçilmiş məhəllə komitəsi üzvlərini ürəkdən təbrik edərək onların fəaliyyətinə uğurlar arzuladı. Qeyd olundu ki,məhəllə komitələri vətəndaşlarla dövlət qurumları arasında körpü rolunu oynayan, insanların gündəlik sosial-məişət problemlərinin operativ şəkildə həllinə kömək göstərən mühüm ictimai institutlardır.Sədr çıxışında bildirdi ki,seçkilərdə sakinlərin iradəsi ilə seçilmiş komitə üzvləri böyük məsuliyyət daşıyır və bundan sonra onların əsas vəzifəsi məhəllələrdə qarşıya çıxan bütün məsələlərin vaxtında qeydə alınması,təhlili və aidiyyəti qurumlara çatdırılmasıdır. Həmçinin vurğulandı ki,komitə üzvləri təkcə problemlərin çatdırılması ilə kifayətlənməməli,eyni zamanda maarifləndirici işlər aparmalı, sakinlərin ictimai fəallığının artırılmasına dəstək verməlidirlər.

Görüş zamanı iştirakçılara məhəllə komitələrinin iş prinsipləri, səlahiyyətləri,qərarların qəbul edilmə qaydaları və hesabatlılıq mexanizmləri ətraflı şəkildə izah edildi.Xüsusi olaraq diqqətə çatdırıldı ki,şəffaflıq, obyektivlik və ədalət prinsipləri fəaliyyətin əsas dayağı olmalıdır.

Sonda yeni seçilmiş komitə üzvləri göstərilən etimada görə təşəkkürlərini bildirərək,üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklərinə söz verdilər.Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrlə davam etdirildi.

Sumqayıt bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər