Sədr tapşırıq verdi: “Qəbul zamanı qaldırılan məsələlərə diqqətə yanaşılmalıdır”
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul
zamanı sakinlər müxtəlif mövzularda müraciətlərilə çıxış ediblər .
Əsasən
kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə infrastrukturu, bələdiyyə
hüquqları və digər gündəlik problemlər diqqət mərkəzində olub.
Bələdiyyə
sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə həllini yerindəcə tapmaq
mümkün olan məsələlər üçün aidiyyəti üzrə tapşırıqlar verib.
O bildirib ki, qəbul zamanı qaldırılan məsələlər sırasında bələdiyyəyə aid olanlara diqqətlə yanaşılmalıdır. Hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstəriləcək, həlli mümkün olmayan məsələlər isə əlaqədar dövlət strukturlarına yönləndiriləcəkdir.
Xüsusilə
vurğulayaq ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin əlaqələrinin gücləndirilməsində,
problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması baxımından
vacib rol oynayır.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy