Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 20:39

155

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr müavini: “Ərazilərdə sənədsiz əmlakın mövcudluğu həm də cəmiyyətdə sosial bərabərsizlik yaradır”

“Ölkəmizdə  vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin həllində bələdiyyələr də mühüm rol oynayır. Bələdiyyələr həmçinin  dövlətin yerli səviyyədə həyata keçirdiyi siyasətin vətəndaşlara çatdırılması,  onlara sosial, iqtisadi və mədəni xidmətlərin təşkilində demokratik prinsiplərə söykənən  ən vacib institutlardan hesab olunur”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev deyib.

Sədr müavininin sözlərinə görə, bu gün ərazilərdəki sənədsiz evlərin mövcudluğu bir sıra çətinliklər yaradır. Belə ki:

-          Vergi itkisi: Sənədsiz əmlaklar vergiyə cəlb edilmədiyi üçün bələdiyyələrin gəlir bazası azalır.

-          İnfrastruktur problemləri: Bu evlərin yerləşdiyi ərazilərdə yollar, su və kanalizasiya sistemləri kimi kommunal xidmətlərin planlaşdırılması çətinləşir.

-          Sosial ədalətsizlik: Sənədləşdirilmiş və yerli vergisini ödəyən vətəndaşlarla müqayisədə sənədsiz ev sahibləri yerli inkişaf layihələrinə maliyyə dəstəyi vermir, bu da sosial bərabərsizliyi artırır.

Odur ki, bu məsələnin həllində müvafiq qurumlar öz sözünü deməlidiur. Nəzərə alaq ki, prosesin ləngiməsi həm də  dövlət büdcəsinə daxil ola biləcək rüsumların səviyyəsinə də öz mənfi təsirini göstərmiş olur.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
721