Neftçala bələdiyəsi vergi ödəyicilərinə müraciət edib
Neftçala bələdiyyəsi sakinlərə müraciət edib. Müraciətin əsas məqsədi vergilərin vaxtında ödənilməsiylə bağlıdır. Bələdiyyənin paylaşdığı müraciətdə deyilir:
“Hörmətli Sakinlər, yerli ( bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq vergisi və əmlak vergisi ödənilməsini təmin etmənizi xahiş edirik.
Yerli vergi və ödənişlərin ödənilməsi poçt rabitəsinin , milli operatoru habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir.
Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”
Belediyye.info
Rəylər
0 Rəy