Bələdiyyə sədri: “İlk dəfədir ki birinci rüb ərzində yerli vergilərin yığılmında belə hərəkətlilik müşahidə olunub”
“Ötən il seçkilərdən sonra formalaşan Təzə Alvadı bələdiyyəsinin əsas fəaliyyəti büdcə gəlirlərini formalaşdırmağa söykənib” – bu fikirləri Belediyye.infoya Masallı rayonu, Təzə Alvadı bələdiyyəsinin sədri Əlihüseyn Fətəliyev deyib.
İlk bələdiyyə iclsında ilk dəfə sədr seçilən Əlihüseyn Fətəliyev cari ilin birinic rübündə bələdiyyənin əldə
edilən vəsaitin həcmi 3926 manat təşkil etdiyini qeyd edib. Əldə olunan vəsaitin
254 manatı əmlak vergisindən, 83 manatı torpaq vergsisindən, 3589 manatı isə bələdiyyə
mülkiyyətinin icrasindən daxil olub. Sədr qeyd edib ki, ilk dəfədir ki birinci
rüb ərzində yerli vergilərin yığılmında belə hərəkətlilik müşahidə olunub.
Sədr onu da qeyd edib ki, əldə olunan vəsaitin 1.831 manatı
kənddə rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işlərinə dəstək
olaraq xərclənmişdir.
Sədr qeyd edib ki, hazırda BAMS-ın verdiyi imkanlardan
istifadə edərək büdcə gəlirlərini artırmağa çalışırıq. Masallı RİH fəaliyyətimizə
dəstək olsa da, bələdiyyə mülkiyyətinin tanıtdırılmasında müvafiq qurumların
yaratdığı problemlər səbəbindən sakinlərin qaldırdığı problemlərin həllinə tam şəkildə
nail ola bilmirik.
Xatırladaq ki, Təzə Alvadı bələdiyyəsinin 13 nəfər üzvü var.
Belediyye.info
Rəylər
0 Rəy