Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2026 , 00:22

55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Görkəmli oftalmoloq-alimin xatirəsi Şabran bələdiyyəsində anılıb

Şabran bələdiyyəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirin əvvəlində iştirakçılar tərəfindən Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilmiş, onun Azərbaycan elminin inkişafına, xüsusilə oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətlər vurğulanmışdır. Çıxış edənlər qeyd etmişlər ki, Zərifə xanım Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi xalqımızın yaddaşında daim yaşayacaqdır.

Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Şabran şəhər O. Bəşirov adına 2 nömrəli ümumi orta məktəbin direktoru Təranə Allahyarova, Şabran Bələdiyyəsinin üzvü Çiçək Sultanova və bələdiyyənin əməkdaşları iştirak etmişlər.

Çıxışlar zamanı Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibb sahəsində əldə etdiyi uğurlar və gənc nəslin yetişdirilməsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilmiş, onun həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğu xüsusi qeyd olunmuşdur.

Sonda tədbir iştirakçıları Zərifə xanım Əliyevanın xatirəsini bir daha dərin ehtiramla yad etmiş, onun ideyalarının və elmi irsinin daim yaşadılmasının vacibliyini vurğulamışlar.

Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
474