Rövşən Əsgərov: “Bələdiyyə ilk dəfədir ki, belə bir irihəcmli layihənin icrasına başlayıb"
“Tovuz rayonu, Qovlar bələdiyyəsinin 19 mart 2026-cı il tarixli qərarına əsasən, şəhər qəbristanlığında abadlıq və yenidənqurma işlərinə başlanılıb. Görülən işlər çərçivəsində köhnə və yararsız məhəcərlər sökülərək onların yerinə müasir metal konstruksiyadan ibarət 530 metr uzunluğunda yeni məhəccərlərin quraşdırılmasına başlanılıb”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rövşən Əsgərov deyib.
Sədr qeyd
edib ki, layihənin məqsədi qəbristanlığın mühafizəsini gücləndirmək, ərazinin
estetik görünüşünü yaxşılaşdırmaqla ziyarət üçün daha səliqəli, təhlükəsiz şərait
yaratmaqdır. Yeni hasarın (məhəccərin) dayanıqlı və uzun ömürlü olması üçün
bütün texniki parametirlərin qorunması təmin olunur.
Rövşən Əsgərov
onu da qeyd edib ki, Qovlar bələdiyyəsinin həyata keçirdiyi abadlıq və yenidənqurma
layihələri əsasən yerli vergi və ödənişlər hesabına maliyələşdirilir. Bu
baxımdan, yerli vergi və ödənişlərini vaxtında ödəyən sakinlərini fəallığı və məsuliyyətli
mövqeyi görülən işlərin davamlı həyata keçirilməsində mühüm rol oynayır. Qovlar
bələdiyyəsi yerli büdcənin formalaşmasına töhvə verən bütün vergi ödəyicilərinə
təşəkkür edir və digər sakinləridə vergi öhdəliklərini vaxtında yerinə yetirməyə
çağırır.
Hazırda ərazidə
betonnun tökülməsi üçün qutunun quraşdırlması davam etdirilir. Bundan sonra beton
töküləcəkdir. Sonra isə betonun üzərindən
metal konstruksiya ilə məhəccərlər qurulacaq. Beton quruduqdan sonra metal konstruksiyalar quraşdırılacaqdır.
Hazırda 530
metr məsafədə iş gedir. Ərazidə bir yeni darvaza quraşdırılacaq, digər ikisi isə
əsaslı təmir ediləcəkdir.
Sədr
bildirib ki, bələdiyyə yarandığı gündən ilk dəfədir ki, belə bir əsaslı iş
görür, ilk dəfədir belə bir layihənin icrasına başlayıb"
Sədr daha
sonra qeyd edib ki, şəhərdə abadlıq işləri bələdiyyə tərəfindən mərhələli şəkildə
davam etdiriləcəkdir. Növbəti mərhələdə daxili yolların, yaşıllıq zolaqlarını və
digər infrastruktur elementlərinin yaxşılaşdırılması istiqamətində işlərin
görülməsi planlaşdırılır.
Belediyye.info
Rəylər
0 Rəy