Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2026 , 17:49

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zülfüqar Yusubov: “Gədəbəy bələdiyyəsi bundan sonra da seçicilərinin xidmətində layiqincə dayanmaq üçün var qüvvəsi ilə çalışacaqdır”

 “Son üç ilin birinci yarısında əldə etdiyimiz büdcə gəlirlərini müqayisə etmiş olsaq bələdiyyənin 80 faizədək artıma nail olduğunu görərik”- bu fikirləri Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusubov deyib.

Sədrin sözlərinə görə, 2024-cü ilin birinci yarısında 25.394 manat əldə edilmişdirsə, cari ildə bu rəqəm 45.594 manat olub. Yerli vergilərin yığımında artım müşahidə edilib. Bununla yanaşı mehmanxana ödənişlərinin əldə edilməsində də irəliləyiş hiss olunmaqdadır. Belə ki, mehmanxana rüsumlarının həcmi cari ilin birinci rübündə 340 manat, 2025-ci ilin birinci rübündə 220 manat, 2024 - cü ilin birinci rübündə isə 306 manat olmuşdu.

Sədr qeyd edib ki, bələdiyyə əldə etdiyi maliyyə vəsaitindən müharibə veteranlarına maddi yardim ayırmış, habelə şəhərdə olan Şəhidlər xiyabanda elektrik xəttinin təmirini həyata keçirmiş, bununla yanaşı Qurban bayramında imkansızlara bayram sovqatı paylamışdır.

Ötən dövrdə bələdiyyə Heydər Əliyev parknda ağac əkmə aksiyası keçirmiş, parkda ağaclara aqrotexniki qulluq mütəmadi olaraq göstərilməkdədir. Sakinlərin müraciəti və bələdiyyə iclasının qərarı ilə şəhərin 5 kücəsində günəş paneli və metal dirəklər quraşdırıması bu günlərdə başa çatdırlımışdır.

Gədəbəy bələdiyyəsi bundan sonra da seçicilərinin xidmətində layiqincə dayanmaq üçün var qüvvəsi ilə çalışacaqdır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər