Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2026 , 01:01

77

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Allahverdi Xudaverdiyev: “Bələdiyyənin ilkin formalaşma dövründə buraxılan səhvlər bu gündə özünü büruzə verməkdədir”

 

“Bu gün əsas fəaliyyətimiz Quba bələdiyyəsinin üzləşdiyi problemlərin operativ həllinə, gəlirlərin artırılmasına və vergi-uçot sistemində islahatların aparılmasına yönəlib” – bu fikirləri Belediyye.infoya  Quba bələdiyyəsinin sədrı Allahverdi Xudaverdiyev deyib.

​Sədr qeyd edib ki, bələdiyyənin sabit gəlirlərinin təmin edilməsi və bələdiyyə gəlirlərinin artırılması üçün bələdiyyə müəssisələrinin yaradılmasına ehtiyac vardır. ​Bələdiyyənin maliyyə müstəqilliyini təmin etmək və büdcə gəlirlərini sabit saxlamaq üçün bələdiyyənin nəzdində yeni təsərrüfat subyektlərinin yaradılması vacibdir.

Bu gün Quba bələdiyyəsi olaraq avtoyuma və texniki xidmət məntəqəsinin yaradılması barədə müzakirələri aparılır.  Bununla şəhər bələdiyyəsi nəzdində daimi gəlir gətirəcək xüsusi avtoyuma məntəqəsinin qurulması planlaşdırılır. Bununla yanaşı kimyəvi təmizləmə və digər xidmət sahələrinin yaradılması da müzakirə edilən mövzulardandır. Hələlik bununla bağlı bələdiyyənin müvafiq qurumlarında ciddi müzakirə və təhlillər aparılmaqdadır.

​Sədr etiraf edib ki, Quba bələdiyyəsinin ilkin formalaşma dövründə buraxılan səhvlər bu gündə özünü büruzə verməkdədir. ​Əvvəlki dövrlərdən qalan nizamsızlıq vergi bazasında ciddi problemlər yaratmışdır.

Sədr qeyd edib ki, real vergiödəyicilərinin sayı 3.000 olduğu halda, sistemdə təkrarlanmalar səbəbindən bu rəqəm 5.000 çatır.  Odur ki, hazırda bələdiyyənin vergi xidmətinin əsas fəaliyyəti vergi-uçot sisteminin  dürüstləşdirilməsini həyata keçirməkdən ibarətdir. Reyestr xidmətindən alınan məlumatlar əsasında sistemdəki bütün məlumatlar dəqiqləşdirilir və dürüstləşdirilir. İlin sonuna qədər bu prosesin tam yekunlaşdırmağı nəzərdə tuturuq.

Bununla yanaşı sədr vurğulayıb ki, Bələdiyyələrin Vahid İnformasiya Sisteminin  (BVİS) Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi səbəbindən son ilyarım  ərzində bələdiyyə tərəfindən 3.000-ə yaxın çıxarış əldə olunub və sistemə inteqrasiya edilib.

​Sədr onu da qeyd edib ki, bu gün Quba bələdiyyəsi vergi borclarının məcburi qaydada yığılması üçün elektron probasiya sistemindən aktiv şəkildə istifadə olunur.

​Son dövrdə borcu 300 manatdan yuxarı borcu  olan şəxslərin işləri icra-probasiyaya yönləndirilir.

​Sonuncu dəfə göndərilən 23 nəfərlik siyahıdan artıq 4-5 nəfərin borcu tam tutularaq bələdiyyə hesabına köçürülüb. Ümumilikdə, ilyarım ərzində probasiyaya göndərilən işlərin sayı 100-ə yaxındır və bu işlər üzrə borcun ümumi məbləği 10.000 manatdan çoxdur.

​Sədr açıqlamasında maraqlı məqama da toxunub. Bələdiyyənin indiyədək passiv qalan Məhəllə Komitələrinin fəaliyyəti artıq gücləndirilib. ​Rayon sakinlərini yaxından tanımaq və onlarla düzgün kommunikasiya qurmaq vergi yığımının əsas açarıdır. Bu məqsədlə şəhərdə yenidən 14 məhəllə komitəsi bərpa edilib və üzvlərinə xüsusi vəsiqələr paylanılıb. ​Sakinlərə vergilərin əhəmiyyətini izah etmək üçün mütəmadi görüşlər keçirilir.

​Şəxsən müraciət edən və ya tez-tez sorğu göndərən vətəndaşlarla birbaşa qəbul keçirilir, onların sualları yerindəcə cavablandırılaraq əsassız şikayətlərin qarşısı alınır. Bu addımların bələdiyyə tərəfindən atılması nəticə etibari ilə şəhərdə vətəndaş məmnunluğunun təmin edilməsinə həm də imkan yaradır.

Belediyye.info

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1602