Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2026 , 16:09

198

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Şəhər ərazisində mehmanxanalar ödənişləri etmədyinə görə barələrində inzibati akt tərtib edilib”

“İmişli bələdiyyəsi vergi xidmətinin sistemli fəaliyyəti sayəsində büdcə gəlirlərində son üç il ərzində 138 faiz artım müşahidə olunub”-bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qalib Mirzəyev deyib.

Sədr qeyd edib ki, bələdiyyənin bu gün əsas məqsədi şəhərarası avtobus xəttlərinin yaradılmasına çalışmaqdır. Bunun üçün bələdiyyə tərəfindən ciddi addımlar atılır. Bununla yanaşı cari ilin birinci yarısında bələdiyyənin “futboll klubu” yaradılmış, o cümlədən  gənc müəllimlər arasında intelektual yarışların təşkili həyata keçirilmişdir.  

Bələdiyyə büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, İmişli bələdiyyəsi cari ilin 6 ayında büdcə gəliri 127.270 manat olub. Əldə edilən maliyyə vəsaitinin 17.408 manatı torpaq vergisindən, 27.656 manatı əmlak vergisindən, 14.484 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  66.855 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 867 manatı isə digər gəlirlərdən daxil olub.

İmişli bələdiyyəsi 2025-ci ilin 6 ayında büdcə gəliri 91.448 manat olub ki, bununda  24.956 manatı torpaq vergisindən, 28.551 manatı əmlak vergisindən, 23.437 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  10.642 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  3.862 manatı isə digər gəlirlərdən daxil olub.

İmişli bələdiyyəsi 2024-ci  ilin 6 ayında  isə büdcə gəliri 53.492 manat olub ki, bununda  8.642 manatı torpaq vergisindən, 20.066 manatı əmlak vergisindən, 8.674 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,  16.110 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub.

Şəhər ərazisində mehmanxanalar olsa da ödənişləri etmədyinə görə onlar barəsində inzibati akt tərtib edilib.

İmişli bələdiyyəsi vətəndaş məmnunluğunu təmin etmək üçün daim büdcə gəlirlərini artırmaq barədə düşünür və BAMS-ın yaratdığı bütün imkanlardan istifadə etməyə çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər