Bələdiyyə sədri: “Şəhər ərazisində mehmanxanalar ödənişləri etmədyinə görə barələrində inzibati akt tərtib edilib”
“İmişli bələdiyyəsi vergi xidmətinin sistemli fəaliyyəti sayəsində büdcə gəlirlərində son üç il ərzində 138 faiz artım müşahidə olunub”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qalib Mirzəyev deyib.
Sədr qeyd
edib ki, bələdiyyənin bu gün əsas məqsədi şəhərarası avtobus xəttlərinin
yaradılmasına çalışmaqdır. Bunun üçün bələdiyyə tərəfindən ciddi addımlar
atılır. Bununla yanaşı cari ilin birinci yarısında bələdiyyənin “futboll klubu”
yaradılmış, o cümlədən gənc müəllimlər
arasında intelektual yarışların təşkili həyata keçirilmişdir.
Bələdiyyə
büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, İmişli bələdiyyəsi cari ilin 6
ayında büdcə gəliri 127.270 manat olub. Əldə edilən maliyyə vəsaitinin 17.408
manatı torpaq vergisindən, 27.656 manatı əmlak vergisindən, 14.484 manatı bələdiyyə
mülkiyyətinin icarəsindən, 66.855 manatı
bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 867 manatı isə digər
gəlirlərdən daxil olub.
İmişli
bələdiyyəsi 2025-ci ilin 6 ayında büdcə gəliri 91.448 manat olub ki, bununda 24.956 manatı torpaq vergisindən, 28.551 manatı
əmlak vergisindən, 23.437 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 10.642 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən, 3.862 manatı
isə digər gəlirlərdən daxil olub.
İmişli
bələdiyyəsi 2024-ci ilin 6 ayında isə büdcə gəliri 53.492 manat olub ki, bununda
8.642 manatı torpaq vergisindən, 20.066 manatı
əmlak vergisindən, 8.674 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 16.110 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olub.
Şəhər
ərazisində mehmanxanalar olsa da ödənişləri etmədyinə görə onlar barəsində inzibati
akt tərtib edilib.
İmişli bələdiyyəsi vətəndaş məmnunluğunu təmin etmək üçün daim büdcə gəlirlərini artırmaq barədə düşünür və BAMS-ın yaratdığı bütün imkanlardan istifadə etməyə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy