Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2026 , 23:54

89

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu rayon bələdiyyələrində yerli vergilərin həcmi azalıb, mehmanaxa rüsumu da toplanılmayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə

Balakən rayonunda formalaşan 13 bələdiyyənin büdcə gəliri 897.200  manat olub. Bu  2024-cü illə müqayisədə 2.6 faiz çoxdur. Əlavə edək ki, 2024-cü ildə Balakən rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 874.600 manat təşkil etmişdi.

Ötən il əldə edilən gəlirin 34.2 faizi yerli vergilərdən,  65.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 17.7 faizi torpaq, 16.4  faizi əmlak vergisindən daxil olub. Qeyd edək ki, torpaq vergisinin yığımında 6.5 faiz, əmlak vergisinin yığımında isə 1.5 faiz azalma olub.

Balakən bələdiyyələrinin büdcə gəlirinin 52.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən  Balakən bələdiyyələrinin büdcəsinə ötən il 85 min  manat vəsait daxil olub. Bu da ötən illə müqayisədə 58.2 faiz az deməkdir.  İl ərzində Balakən bələdiyyələrinə 77.000  manat dotasiya ayrılıb.

Balakən bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi 2024 cü illə müqayisədə 37  faiz artıb.  Bu istiqamətdə bələdiyyə büdcəsinə il ərzində 346.900 manat vəsait daxil olub ki, bu da ümumi büdcə gəlirlərinin 38.7 faizi deməkdir.

Daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən 1.400 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən isə 28.100 manat vəsait daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
670